Poçt serverinin qurulması elementləri

Elementlər

Parametrlər və İzahlar

Authentication Method

Poçt serverinə daxil olmaq üçün printer üçün əsilliyi yoxlama metodunu müəyyənləşdirin.

Off

Poçt serveri üçün əsilliyin yoxlanması tələb olunmadıqda təyin edin.

SMTP AUTH

E-poçt göndərən zaman SMTP serverinin (çıxan poçt serveri) əsilliyini yoxlayır. Poçt serveri SMTP əsilliyinin yolanılmasını dəstəkləməlidir.

POP before SMTP

E-poçt göndərməmişdən əvvəl POP3 serverinin (qəbul edən poçt serveri) əsilliyini yoxlayır. Bu elementi seçdiyiniz zaman POP3 serveri təyin edin.

Authenticated Account

SMTP AUTH və ya POP before SMTP-i Authentication Method kimi seçsəniz, ASCII (0x20–0x7E) formatında 0 və 255 simvol aralığında əsilliyi yoxlanmış hesab adı daxil edin.

SMTP AUTH seçdiyiniz zaman SMTP server hesabı daxil edin. POP before SMTP seçdiyiniz zaman POP3 server hesabı daxil edin.

Authenticated Password

SMTP AUTH və ya POP before SMTP-i Authentication Method kimi seçsəniz, ASCII (0x20–0x7E) formatında 0 və 20 simvol aralığında əsilliyi yoxlanmış parol daxil edin.

SMTP AUTH seçsəniz, SMTP serveri üçün əsilliyi yoxlanmış hesab daxil edin. POP before SMTP seçsəniz, POP3 serveri üçün əsilliyi yoxlanmış hesab daxil edin.

Sender's Email Address

Sistem inzibatçısının e-poçt ünvanı kimi göndərənin e-poçt ünvanını daxil edin. Əsilliyi yoxlayan zaman bundan istifadə olunur, ona görə də poçt serverində qeydiyyatdan keçmiş düzgün e-poçt ünvanı daxil edin.

ASCII-də (0x20–0x7E) aşağıdakılar istisna olmaqla, 0–255 aralığında simvol daxil edin: ( ) < > [ ] ; ¥. "." nöqtə ilk simvol ola bilməz.

SMTP Server Address

A–Z a–z 0–9 istifadə etməklə, 0 və 255 aralığında simvol daxil edin. - . Siz IPv4 və ya FQDN formatından istifadə edə bilərsiniz.

SMTP Server Port Number

1 və 65535 aralığında rəqəm daxil edin.

Secure Connection

Poçt serveri ilə kommunikasiyanın şifrləmə metodunu seçin.

None

Authentication Method-da POP before SMTP seçsəniz, bağlantı şifrlənmir.

SSL/TLS

Bu, Authentication Method seçimi Off və ya SMTP AUTH seçiminə təyin edildikdə mövcud olur. Kommunikasiya başlanğıcdan şifrlənir.

STARTTLS

Bu, Authentication Method seçimi Off və ya SMTP AUTH seçiminə təyin edildikdə mövcud olur. Kommunikasiya başlanğıcdan şifrlənmir, lakin şəbəkə mühitindən, kommunikasiyanın şifrlənib-şifrlənməməsindən asılı olaraq dəyişir.

Certificate Validation

Bu aktivləşdirilən zaman sertifikat yoxlanılır. Bunun Enable təyin edilməsini tövsiyə edirik. Quraşdırmaq üçün CA Certificate printerə idxal etməlisiniz.

POP3 Server Address

Əgər POP before SMTP seçimini Authentication Method kimi seçsəniz, A–Z a–z 0–9 istifadə etməklə, 0–255 simvol aralığında POP3 server ünvanı daxil edin. - . Siz IPv4 və ya FQDN formatından istifadə edə bilərsiniz.

POP3 Server Port Number

Authentication Method kimi POP before SMTP seçsəniz, 1 və 65535 aralığında rəqəm daxil edin.