LDAP Serveri Bağlantısının yoxlanılması

LDAP Server > Search Settings-da təyin edilmiş parametr toplusundan istifadə etməklə, LDAP serverinə bağlantı testini həyata keçirir.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Network tab-vərəqəsi > LDAP Server > Connection Test

  4. Start seçin.

    Bağlantı testi başladıldı. Test başa çatdıqdan sonra yoxlanış hesabatı göstərilir.