Şəbəkə skanlamasının aktivləşdirildiyinin təsdiqi

Siz şəbəkə üzərindən müştəri kompüterindən skan etdiyiniz zaman şəbəkə skanlaması xidmətini təyin edə bilərsiniz. Standart parametr aktivləşdirilir.

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Scan/Copy tab-vərəqəsi > Network Scan

  4. EPSON Scan-dan Enable scanning seçildiyinə əmin olun.

    O seçilərsə, bu tapşırıq tamamlanmış olur. Web Config-i bağlayın.

    Əgər təmizlənibsə, onu seçin və növbəti addıma keçin.

  5. Next üzərinə klikləyin.

  6. OK üzərinə klikləyin.

    Şəbəkə yenidən qoşulur və sonra parametrlər aktivləşdirilir.