LAN naqilindən və yönləndiricisindən istifadə edən şəbəkə bağlantısını quraşdırın və ya dəyişdirin. Bu istifadə ediləndə Wi-Fi bağlantıları qeyri-aktiv edilir.
Şəbəkə vəziyyəti
Simli LAN/Wi-Fi vəziyyəti
Printerin şəbəkə məlumatını göstərir.
Wi-Fi Direct Statusu
Wi-Fi Direct parametri məlumatını göstərir.
E-poçt Server Statusu
Poçt serveri parametri haqqında məlumatı göstərir.
Status Vərəqini Çap Et
Şəbəkə statusu vərəqini çap edir.
Ethernet, Wi-Fi, Wi-Fi Direct və digərləri üçün məlumat iki və ya daha çox səhifədə çap edilir.
Bağlantının yoxlanması
Cari şəbəkə bağlantısını yoxlayır və hesabat çıxarır. Qoşulmada problem olarsa, problemi həll etmək üçün hesabata baxın.
Qabaqcıl
Cihazın Adı
Cihazın adını 2–53 simvol daxilində istənilən ada dəyişir.
TCP/IP
IP ünvanı statikdirsə, IP parametrlərini konfiqurasiya edir.
Avtomatik konfiqurasiya üçün DHCP tərəfindən təyin edilmiş IP ünvanından istifadə edin.
Əl ilə qurmaq üçün "Manual"a keçin, sonra isə əyin etmək istədiyiniz IP ünvanını daxil edin.
Proksi server
Proksi serverini şəbəkə mühitində istifadə etdiyiniz və onu həm də printerə təyin etmək istədiyiniz zaman bunu təyin edin.
E-poçt Serveri
E-poçt serveri məlumatını qurun və e-poçt yönləndirmə funksiyasından istifadə edərkən bağlantıları sınaqdan keçirin.
IPv6 ünvanı
IPv6 ünvanının qurulmasını aktivləşdirib-aktivləşdirməməyi təyin edir.
MS Şəbəkə Paylaşması
Faylın paylaşılması xüsusiyyətindən istifadə etmək istədikdə bunu təyin edin.
Keçid Sürəti və Dupleks
Müvafiq Ethernet sürəti və ikitərəfli parametri seçin. Əgər siz Avtodan başqa parametr seçsəniz, parametrin istifadə etdiyiniz mərkəzdəki parametrlərə uyğun olduğundan əmin olun.
HTTP-ni HTTPS-ə yönləndir
HTTP-dən HTTPS-ə yönləndirməni aktivləşdirir və ya qeyri-aktiv edir.
IPsec/IP Filtrləməsi
IPsec/IP filtrləmə parametrini qeyri-aktiv edir.
IEEE802.1X-i qeyri-aktiv edin
IEEE802.1X parametrini qeyri-aktiv edir.
iBeacon Ötürməsi
iBeacon ötürmə funksiyasını aktivləşdirməyi və ya qeyri-aktiv etməyi seçin. Aktivləşdirilən zaman siz iBeacon ilə aktivləşdirilmiş cihazlardan printeri axtara bilərsiniz.