> Çap etmək > Sənədlərin Çapı > Kompüterdən Çap — Windows > Çoxsaylı faylların birlikdə çapı

Çoxsaylı faylların birlikdə çapı

İş nizamlayıcısı proqramı fərqli proqramların yaratdığı bir neçə faylı birləşdirərək, bir iş kimi çap etməyə imkan verir. Birləşdirilmiş fayllar üçün çoxsəhifəli düzən və 2-üzlü çap kimi çap parametrlərini müəyyən edə bilərsiniz.

  1. Printer drayverinin Əsas tab-vərəqəsində İş nizamlayıcısı seçin, sonra OK üzərinə klikləyin.

    Əsas Tab-vərəqəsi

  2. Çap et klikləyin.

    Çapa başladığınız zaman İş nizamlayıcısı pənrərəsi görünəcəkdir.

  3. İş nizamlayıcısı pəncərəsi açıq halda, cari fayl ilə birləşdirmək istədiyiniz faylı açın və ardından yuxarıdakı addımları təkrarlayın.

  4. İş nizamlayıcısı pəncərəsində Layihəni çap et-ə əlavə olunan çap işini seçdiyiniz zaman siz səhifə düzənini redaktə edə bilərsiniz.

  5. Çapı başlatmaq üçün Fayl menyusundan Çap et klikləyin.

    Qeyd:

    Bütün çap verilənlərini Layihəni çap et-ə əlavə etməmişdən əvvəl İş nizamlayıcısı pəncərəsini bağlasanız, hazırda üzərində işlədiyiniz çap işi ləğv olunacaqdır. Cari işi saxlamaq üçün Fayl menyusundan Saxla klikləyin. Saxlanan faylların sonluğu "ecl"-dir.

    Çap Layihəsini açmaq üçün İş nizamlayıcısı pəncərəsini açmaq məqsədilə printer drayverinin Texniki xidmət tab-vərəqəsində İş nizamlayıcısı üzərinə klikləyin. Bundan sonra, əmrini Fayl menyusundan seçərək faylı seçin.