Server rejiminin təyin edilməsi

Document Capture Pro Server istifadə etmək üçün Web Config-dən Server Mode qurun.

Qeyd:

Bundan başqa, siz aşağıdakı menyuya daxil olmaqla, idarə panelindən Server Mode təyin edə bilərsiniz.

Parametrlər > Ümumi Parametrlər > Skan Parametri > Document Capture Pro > Əməliyyat Rejimi

  1. Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

    Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Scan/Copy tab-vərəqəsi > Document Capture Pro

  4. Mode üçün Server Mode seçin.

  5. Server Address üçün Document Capture Pro Server- ilə quraşdırılmış serverin ünvanını daxil edin.

    IPv4, IPv6, host adı və ya FQDN formatında 2 ilə 255 arasında simvol daxil edin. FQDN formatı üçün siz ünvanın əvvəli və sonundakı istisna olmaqla, ASCII (0x20–0x7E) və "-" hərf-rəqəm simvollarından istifadə edə bilərsiniz.

  6. OK üzərinə klikləyin.

    Şəbəkə yenidən qoşulur və sonra parametrlər aktivləşdirilir.