Cihazı printerə qoşmaq üçün istifadə edilən interfeysi qeyri-aktiv edə bilərsiniz. Şəbəkə vasitəsilə olandan başqa, çap və skanlamanı məhdudlaşdırmaq üçün məhdudlaşdırma parametrləri qurun.
Siz həmçinin printerin idarəetmə panelində məhdudlaşdırma parametrləri qura bilərsiniz.
Memory Device : Parametrlər > Ümumi Parametrlər > Printer parametrləri > Yaddaş Cihazı İnterfeysi > Yaddaş Cihazı
USB ilə PC Bağlantısı: Parametrlər > Ümumi Parametrlər > Printer parametrləri > USB ilə PC Bağlantısı
Web Config-ə daxil olmaq üçün printerin IP ünvanını brauzerə daxil edin.
Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.
Siz aşağıdakı menyudan printerin IP ünvanını yoxlaya bilərsiniz.
Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Şəbəkə vəziyyəti > Simli LAN/Wi-Fi vəziyyəti
İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.
Aşağıdakı ardıcıllığı seçin.
Product Security tab-vərəqəsi > External Interface
Təyin etmək istədiyiniz funksiyalarda Disable seçin.
İdarəetməni ləğv etmək istədiyiniz zaman Enable seçin.
OK üzərinə klikləyin.
Qeyri-aktiv edilmiş portun istifadə edilə bilmədiyini yoxlayın.