Poçt Serveri Bağlantısının yoxlanılması

Siz bağlantı yoxlanışını həyata keçirməklə, poçt serveri ilə bağlantını yoxlaya bilərsiniz.

  1. Brauzerdə printerin IP ünvanını daxil edin və Web Config-i başladın.

    Printerlə eyni şəbəkəyə qoşulmuş kompüterdən printerin IP ünvanını daxil edin.

  2. İnzibatçı kimi daxil olmaq üçüm inzibatçı parolunu daxil edin.

  3. Aşağıdakı ardıcıllığı seçin.

    Network tab-vərəqəsi > Email Server > Connection Test

  4. Start seçin.

    Poçt serverinə qoşulma testi başlandı. Test başa çatdıqdan sonra yoxlanış hesabatı göstərilir.

    Qeyd:

    Siz həm də idarə panelindən poçt serverinə qoşulmanı qura bilərsiniz. Aşağıdakı kimi daxil olun.

    Parametrlər > Ümumi Parametrlər > Şəbəkə Parametrləri > Qabaqcıl > E-poçt Serveri > Bağlantının Yoxlanması