İstifadə edilmiş mürəkkəb kartriclərini çıxararkən diqqətli olun, mürəkkəb çıxışı hissəsində mürəkkəb qala bilər.
Mürəkkəb dərinizə dəysə, həmin nahiyəni sabun və su ilə yaxşıca yuyun.
Mürəkkəb gözlərinizə düşərsə, dərhal su ilə yaxalayın. Yaxşıca yuduqdan sonra da diskomfort və ya görmə problemi davam edərsə, dərhal həkimə müraciət edin.
Müərrək ağzınıza dəyərsə, hərhal həkimə müraciət edin.
Mürəkkəb kartricini və texniki dəstək qutusunu sökməyin; yoxsa mürəkkəb gözlərinizə yaxud dərinizə dəyə bilər.
Mürəkkəb kartriclərini çox çalxalamayın və yerə salmayın. Həmçinin, onları sıxmayın və ya etiketini cırmayın. Yoxsa mürəkkəb sıza bilər.
Mürəkkəb kartriclərini və texniki dəstək qutusunu uşaqların əli çatmayan yerdə saxlayın.