> Kağızların və CD/DVD-lərin Yüklənməsi > Kağızın əlavə edilməsi > Kağızın Ölçüsü və Növü Parametrləri

Kağızın Ölçüsü və Növü Parametrləri

Kağız kasetinə daxil etdiyiniz zaman göstərilən ekranda kağızın ölçüsü və növünü qeydiyyatdan keçirdiyinizdən əmin olun. Pribter qeydiyyatdan keçirilmiş məlumat və çap parametrləri dəyişdikdə, xəbərdarlıq edir. Bu, yanlış kağız ölçüsündə çap etmədiyinizi və ya kağız növünə uyğun olmayan parametrlərdən istifadə edərək yanlış rəngdə çap etmədiyinizi təmin edərək kağız sərfiyyatının qarşısını alır.

Əgər göstərilən kağız ölçüsü və növü yüklənən kağızdan fərqlənirsə, dəyişdirmək istədiyiniz elementi seçin. Əgər parametrlər yüklənmiş kağız ilə uyğundursa, ekranı bağlayın.

Qeyd:
  • Siz tez-tez istifadə edilən kağız ölçüsü və növü kombinasiyalarını sevimli kimi qeyd etməklə asanlıqla parametrlər qura bilərsiniz. Sadəcə qeydiyyata alınmış ön quraşdırmanı seçməklə kağız parametlərini seçə bilərsiniz. Əvvəlcədən quraşdırmanı qeydiyyatdan keçirmək üçün Sevimli Kağız Parametrl seçin, növbəti ekranda > seçin və sonra kağızın ölçüsü və növünü göstərin.

  • Kağız kasetini əlavə edən zaman kağız parametri ekranını avtomatik göstərmək istəmirsinizsə, əsas ekranda Parametrlər > Printer parametrləri > Kağız mənbəyi param. > Kağız konfiqurasiyası seçin, sonra Sön seçin.