> Problemlərin həlli > Çap və ya skan edə bilmir > Printer şəbəkəyə qoşula bilmir > Kompüterdə printeri tapmaq olmur > Ping əmrindən istifadə edərək əlaqənin yoxlanılması — Windows

Ping əmrindən istifadə edərək əlaqənin yoxlanılması — Windows

Kompüterin printerə qoşulmasından əmin olmaq üçün Ping əmrindən istifadə edə bilərsiniz. Ping əmrindən istifadə etməzdən öncə aşağıdakı addımlara əməl edin.

  1. Yoxlamaq istədiyiniz əlaqə üçün printerin İP ünvanını yoxlayın.

    Siz bunu printerin idarəetmə panelindəki Şəbəkə Statusu Ekranında, qoşulma hesabatında və ya Şəbəkə Statusu Səhifəsində IP Address cərgəsində yoxlaya bilərsiniz.

  2. Kompüterin əmr pəncərəsini açın.

    Tətbiqetmə pəncərəsini açın və daha sonra Əmr Pəncərəsi düyməsini basın.

  3. ‘ping xxx.xxx.xxx.xxx' daxil edin və daha sonra Enter düyməsinə basın.

    xxx.xxx.xxx.xxx işarələrinin yerinıə printerin İP ünvanını daxil edin.

  4. Qoşulmanın statusunu yoxlayın.

    Əgər kompüter və printer bir-birinə qoşulubsa, aşağıdakı mesaj ekranda görünəcək.

    Əgər kompüter və printer bir-birinə qoşulmayıbsa, aşağıdakı mesaj ekranda görünəcək.