> Problemlərin həlli > Mürəkkəb Kartriclərini Dəyişdirmək Vaxtıdır > Mürəkkəb kartricinin istifadəsi üzrə xəbərdarlıqlar

Mürəkkəb kartricinin istifadəsi üzrə xəbərdarlıqlar

Mürəkkəb üçün saxlama üzrə ehtiyat tədbirləri
  • Mürəkkəb kartriclərini birbaşa günəş şüasından qoruyun.

  • Mürəkkəb kartriclərini yüksək və ya donma temperaturlarında saxlamayın.

  • Ən yaxşı nəticələr üçün Epson mürəkkəb kartriclərini paketin üzərində çap olunmuş tarixdən əvvəl və ya hansı tez olarsa, paketin açılmasından sonrakı altı ay ərzində istifadə etməyi tövsiyə edir.

  • Ən yaxşı nəticələri əldə etmək üçün mürəkkəb kartrici paketlərini dik saxlayın.

  • Mürəkkəb kartricini soyuq saxlama yerindən içəri gətirdikdə, onu istifadə etməzdən əvvəl otaq temperaturunda ən az üç saat isinməsinə imkan verin.

  • Printerə quraşdırmağa hazır olanadək mürəkkəb kartrici paketini açmayın. Kartric etibarlılığı təmin etmək üçün vakumla kip bağlanıb. İstifadədən əvvəl kartrici uzun müddət açıq saxlasanız, normal çap mümkün olmaya bilər.

Mürəkkəb kartriclərinin dəyişdirilməsi üçün istifadə üzrə ehtiyat tədbirləri
  • Şəkildə göstərilən hissələrə toxunmayın. Yoxsa, normal işləmə və çap mümkün olmaya bilər.

  • Bütün mürəkkəb kartriclərini quraşdırın; yoxsa çap edə bilməyəcəksiniz.

  • Cihaz sönmüş vəziyyətdə kartricləri dəyişməyin. Printer başlığına əllə müdaxilə etməyin; yoxsa printerə zərər verə bilərsiniz.

  • Kartricləri quraşdırdıqdan sonra printerə mürəkkəb doldurulan müddətdə enerji işığı sayrışmağa davam edir. Mürəkkəb dolarkən printeri söndürməyin. Mürəkkəb doldurulması başa çatmadan çap edə bilməyə bilərsiniz.

  • Printeri mürəkkəb kartricləri çıxarılmış vəziyyətdə qoyub getməyin və ya kartrici dəyişən zaman printeri söndürməyin. Əks halda, printer başlığının gözlərində qalan mürəkkəb quruyacaq və çap etmək mümkün olmayacaq.

  • Kartric ştativinə toz yaxud başqa cisimlərin düşməsinə imkan verməyin. Ştativə hər hansı cisim düşərsə, çap nəticələrinə mənfi təsir göstərilə və ya çap etmək mümkün olmaya bilər. Ştativə nəsə düşərsə, onu ehmalca çıxarın.

  • Kartrici sonra istifadə etmək və ya atmaq üçün printerdən çıxarsanız, mürəkkəbin qurumaması və ətrafa bulaşmaması üçün qapağı kartricin mürəkkəb çıxışı sahəsinə qoyun.

  • Əgər sonrakı istifadə üçün mürəkkəb kartrici printerdən çıxarsanız, Epson tez bir zamanda ondan istifadə etməyi tövsiyə edir.

  • Bu printer hər kartricdə qalan mürəkkəb miqdarı kimi məlumatlara nəzarət edən yaşıl çiplə təchiz edilmiş kartriclər istifadə edir. Yəni, kartric tam istifadə olunmadan printerdən çıxarılsa belə, onu printerə yenidən daxil edərək istifadə edə bilərsiniz. Lakin, kartrici yenidən daxil edərkən printerin fəaliyyətini sığortalamaq üçün müəyyən qədər mürəkkəb sərf oluna bilər.

  • Mürəkkəbin maksimal effektivliyi üçün yalnız dəyişməyə hazır olduqda kartrici çıxarın. Mürəkkəbin az olduğu kartriclər yenidən daxil edikdikdə istifadə etmək mümkün olmur.

  • Ən yüksək səviyyədə çap keyfiyyəti əldə etməniz və printer başlığını qorumaq üçün printer kartricin dəyişdirilməsini göstərdikdə, kartricdə müxtəlif miqdarda mürəkkəb təhlükəsizlik ehtiyatı saxlanılır. Sizin üçün təyin edilmiş məhsula bu ehtiyat daxil deyil.

  • Kartrici sökməyin və ya modelini dəyişməyin, yoxsa normal çap etmək mümkün olmaya bilər.

  • Printerin üzərində verilən kartricləri dəyişmək üçün istifadə edə bilməzsiniz.

  • Kartricin dəyişdirilməsini dərhal başa çatdırın. Printeri kartriclər çıxarılmış vəziyyətdə saxlamayın.

Mürəkkəb sərfiyyatı
  • Printer başlığının optimal fəaliyyəti üçün texniki dəstək əməliyyatlarında bütün kartriclərdən müəyyən qədər mürəkkəb sərf oluna bilər. Mürəkkəb həm də mürəkkəb kartriclərini əvəzlədiyiniz və ya printeri yandırdığınız zaman sərf edilə bilər.

  • Monoxrom və ya boz şkalada çap edərkən, kağız növü və ya printer keyfiyyəti parametrlərindən asılı olaraq qara mürəkkəb əvəzinə rəngli mürəkkəblər istifadə edilə bilər. Bunun səbəbi odur ki, rəngli mürəkkəblər birləşdirilərək qara rəng əldə edilir.

  • Printerin üzərində verilən kartriclərdəki mürəkkəb ilkin quraşdırma zamanı qismən istifadə olunur. Yüksək keyfiyyətli məhsul çap etmək üçün printer başlığı tam şəkildə mürəkkəblə doldurulacaq. Bu bir dəfəlik proses bir qədər mürəkkəb işlətdiyinə görə, növbəti kartriclərdən fərqli olaraq bu kartriclərlə az sayda səhifə çap etmək mümkündür.

  • Təyin edilmiş məhsul çap etdiyiniz şəkillərdən, istifadə etdiyiniz kağız növündən, çap etmə tezliyindən və temperatur kimi ətraf mühit şəraitindən asılı olaraq dəyişə bilər.