> Çap etmək > Sənədlərin Çapı > Kompüterdən Çap — Mac OS > Rənglərin tənzimlənməsi

Rənglərin tənzimlənməsi

Çap prosesində istifadə olunan rəngləri tənzimləyə bilərsiniz. Bu tənzimləmələr orijinal məlumatlara tətbiq edilmir.

Şəklin təkm. Orijinal təsvir məlumatlarının kontrastı, dolğunluğu və parlaqlığını avtomatik tənzimləyərək daha kəskin şəkillər və canlı rənglər təmin edir.

Qeyd:

Şəklin təkm. subyektin yerini təhlil edərək rəngi tənzimləyir. Buna görə də, şəkli kiçildərək, böyüdərək, kəsərək və ya fırladaraq subyektin yerini dəyişsəniz, rəng gözlənilməz şəkildə dəyişə bilər. Sərhədsiz parametri seçdikdə də subyektin yeri dəyişir və rəngin dəyişməsinə səbəb olur. Şəkil fokusdan kənardadırsa, çalar qeyri-təbii ola bilər. Rəng dəyişsə və ya qeyri-təbii olsa, Şəklin təkm. deyil, başqa rejimdə çap edin.

  1. Printerə kağız yükləyin.

    Kağız Kasseti 1 bölməsinə kağızın yüklənməsi

    Kağız Kasseti 2 bölməsinə kağızın yüklənməsi

    Kağızın Arxa Ötürücü Slotu bölməsinə kağızın yüklənməsi

  2. Çap etmək istədiyiniz faylı açın.

  3. Fayl menyusundan Çap et və ya başqa əmri seçərək çap dialoquna daxil olun.

  4. Açılan menyudan Rəng uyğunluğu seçin və ardından EPSON Color Controls seçin.

  5. Açılan menyudan Color Options seçin və ardından mövcud seçimlərdən birini seçin.

  6. Təkmil parametrlər yanındakı oxu klikləyin və müvafiq parametrləri seçin.

  7. Lazım olan digər elementləri təyin edin.

  8. Çap et klikləyin.