> Vacib təlimatlar > Printerə dair məsləhətlər və xəbərdarlıqlar > Printerin quraşdırılması/istifadəsi üzrə məsləhətlər və xəbərdarlıqlar

Printerin quraşdırılması/istifadəsi üzrə məsləhətlər və xəbərdarlıqlar

  • Printerin hava girişlərini örtməyin və ya qarşısını kəsməyin.

  • Yalnız printerin qeydlərində bildirilən elektrik mənbəyi istifadə edin.

  • Mütəmadi olaraq yandırılıb-söndürülən fotokopiya cihazları və ya hava nəzarət sistemlərilə eyni xətt üzərində olan rozetkalardan istifadə etməyin.

  • Divar açarları və ya avtomatik taymerlərlə idarə edilən elektrik rozetkalarından istifadə etməyin.

  • Bütün kompüter sistemini dinamiklər və ya simsiz telefonların bazaları kimi potensial elektromaqnit dalğalarından uzaq yerləşdirin.

  • Elektrik kabelləri aşınma, kəsilmə, əzilmə və s. kimi təsirlərin olmayacağı yerə yerləşdirilməlidir. Elektrik kabellərinin üstünə heç nə qoymayın və ya onların üstünə çıxılmasına imkan verməyin. Bütün elektrik kabellərinin giriş və çıxış nöqtələrində əyilməməsi və düz olmasına diqqət yetirin.

  • Printer üçün uzatma kabeli istifadə edirsinizsə, bu kabelə qoşulan cihazların ümumi amper həddinin kabelin tab gətirəcəyi amber həddindən çox olmamasına diqqət yetirin. Həmçinin divar rozetkasına qoşulan cihazların ümumi amper həddinin rozetkanın tab gətirəcəyi amber həddindən çox olmamasına diqqət yetirin.

  • Printeri Almaniyada istifadə edəcəksinizsə, binada müvafiq qısa dövrə müdafiəsi və voltaj artmasına qarşı printer üçün qoruma təmin edən 10 və ya 16 amperlik sayğac olmalıdır.

  • Printeri kompüterə və ya başqa cihaza kabellə qoşduqda, birləşmələrin düzgün olmasına diqqət yetirin. Hər birləşdiricinin bir düzgün vəziyyəti var. Birləşdiricini səhv qoşduqda, qoşulan hər iki cihaza zərər dəyə bilər.

  • Printeri onun tam şəkildə yerləşəcəyi düz və sabit bir yerə yerləşdirin. Printer əyri qalsa, düzgün işləməyəcək.

  • Printeri saxlayarkən və ya daşıyarkən onu əyməyin, vertikal yerləşdirməyin və ya baş-aşağı çevirməyin; yoxsa mürəkkəb sıza bilər.

  • Sənəd qapağını tam qaldıra bilmək üçün printerin yuxarısında yer saxlayın.

  • Kağızın tam çıxa bilməsi üçün printerin qabağında kifayət qədər yer saxlayın.

  • Tez-tez temperatur və rütubət dəyişməsi olan yerlərə yerləşdirməyin. Həmçinin, printeri birbaşa günəş işığının düşmədiyi, qızdırıcı aparatlardan və güclü işıqdan uzaq olan yerdə saxlayın.

  • Printerin boşluqlarına heç nə daxil etməyin.

  • Çap prosesi zamanı printerin içərisinə əlinizi daxil etməyin.

  • Printerin içərisindəki ağ kabelə toxunmayın.

  • Printerin içərisində və ya yanında alışan qazlar ehtiva edən aerozol məhsulları istifadə etməyin. Yoxsa, yanğın baş verə bilər.

  • Printer başlığına əllə müdaxilə etməyin; yoxsa printerə zərər verə bilərsiniz.

  • Skaner bölməsini bağlayarkən barmaqlarınızı arasında qoymamağa diqqət yetirin.

  • Orijinalları yerləşdirərkən skaner şüşəsi-ni çox bərk basmayın.

  • Həmişə printeri düyməsi ilə söndürün. işığı tam sönənədək printeri rozetkadan çıxarmayın və ya rozetkadan söndürməyin.

  • Printeri daşımazdan əvvəl printer başlığının baza vəziyyətində (sağa) və kartriclərin yerində olmasına əmin olun.

  • Printeri uzun müddət istifadə etməyəcəksinizsə, kabeli rozetkadan çıxarın.