PİN Kod Quraşdırması (WPS) ilə Wi-Fi Parametrlərinin Təyini

Siz PIN koddan istifadə etməklə simsiz yönləndiriciyə avtomatik qoşula bilərsiniz. Əgər simsiz yönləndiricinin WPS (Wi-Fi İlə Qorunmuş Quraşdırma) imkanı varsa, bu üsuldan istifadə edə bilərsiniz. Simsiz yönləndiriciyə PİN kodu daxil etmək üçün kompüterdən istifadə edin.

  1. Əsas ekranda toxunun.

  2. Wi-Fi (Recommended) üzərinə toxunun.

    Əgər printer artıq Ethernet ilə qoşulubsa, Router üzərinə toxunun.

  3. Start Setup üzərinə toxunun.

    Əgər şəbəkə bağlantısı artıq quraşdırılıbsa, bağlantı təfərrüatları göstərilir. Parametrləri dəyişdirmək üçün Change Settings seçiminə toxunun.

    Əgər printer artıq Ethernet ilə qoşulubsa, Change to Wi-Fi connection. üzərinə toxunun, sonra mesajı təsdiqlədikdən sonra Yes üzərinə toxunun.

  4. Others > PIN Code Setup (WPS) toxunun.

  5. Printerin idarə panelində göstərilən PİN kodu (səkkiz rəqəmli nömrə) kompüterinizi isitfadə edərək simsiz yönləndiriciyə iki dəqiqə ərzində daxil edin.

    Qeyd:

    PİN kodu daxil etmək ilə bağlı ətraflı məlumat üçün simsiz yönləndirici ilə verilən sənədlərə baxın.

  6. Printerin idarə panelində Start Setup seçiminə toxunun.

  7. Close üzərinə toxunun.

    Əgər Close düyməsinə toxunmasanız, ekran spesifik vaxt uzunluğundan sonra avtomatik bağlanır.

    Qeyd:

    Bağlantı baş tutmasa, simsiz yönləndiricini yenidən başladın, onu printerə yaxınlaşdırın və yenidən cəhd edin. Hələ də işləmirsə, bağlantı hesabatını çap edin və həll yolunu yoxlayın.

  8. Şəbəkə bağlantısı ekranında Close toxunun.