EPSON Software Updater internetdən yeni və ya yenilənmiş proqram təminatlarını tapan və quraşdıran tətbiqi proqramdır. Siz həmçinin printerin proqramını və təlimat kitabçasını yeniləyə bilərsiniz.
Windows 10
Başlat düyməsinə klikləyin və sonra Epson Software > EPSON Software Updater seçin.
Windows 8.1/Windows 8
Axtarış panelində proqram adını daxil edin və ardından göstərilən işarəni seçin.
Windows 7/Windows Vista/Windows XP
Başlat düyməsinə klikləyin və sonra Bütün Proqramlar və ya Proqramlar > Epson Software > EPSON Software Updater seçin.
EPSON Software Updater proqramını işə salmaq üçün həmçinin iş masasında tapşırıq panelindəki printer işarəsini klikləyə və Proqram təminatının yenilənməsi seçə bilərsiniz.
Get > Proqramlar > Epson Software > EPSON Software Updater seçin.