> Çap etmək > Sənədlərin Çapı > Smart Cihazlardan Sənədlərin Çapı (Android) > Epson Print Enabler İstifadə Edərək Sənədlərin Çap Edilməsi

Epson Print Enabler İstifadə Edərək Sənədlərin Çap Edilməsi

Sənədləri, e-poçtları, şəkilləri və veb səhifələri simsiz rabitə üzərindən birbaşa Android telefon və ya planşetinizdən (Android v4.4 və sonrakı versiya) çap edə bilərsiniz. Bir neçə kliklə, Android cihazınız eyni simsiz şəbəkəyə qoşulmuş Epson printerini aşkarlayacaq.

Qeyd:

Əməliyyatlar cihazdan asılı olaraq fərqli ola bilər.

  1. Printerə kağız yükləyin.

    Kağız Kasseti 1 bölməsinə kağızın yüklənməsi

    Kağız Kasseti 2 bölməsinə kağızın yüklənməsi

    Kağızın Arxa Ötürücü Slotu bölməsinə kağızın yüklənməsi

  2. Printerinizi simsiz çap etmə üçün quraşdırın.

  3. Android cihazınızda Google Play-dən yüklənilmiş Epson Print Enabler-i quraşdırın.

  4. Android cihazınızı printerinzlə eyni simsiz şəbəkəyə qoşun.

  5. Android cihazınızda Parametrlər bölməsinə keçin, Çap seçimini edin və ardından Epson Print Enabler-i aktiv edin.

  6. Chrome kimi Android proqramından menyu işarəsinə toxunun və ekranda olan hər şeyi çap edin.

    Qeyd:

    Printerinizi görmürsünüzsə, Bütün Printerlər toxunun və printerinizi seçin.