/ Skanlama / İdarəetmə panelindən skanlama / Kompüterə skanlama

Kompüterə skanlama

Skanlanmış şəkli kompüterdə saxlaya bilərsiniz.

Vacibdir:

Bu funksiyadan istifadə etməzdən əvvəl Epson Scan 2Epson Event Manager-ni kompüterdə quraşdırdığınızdan əmin olun.

  1. Orijinalları yerləşdirin.

  2. Əsas ekrandan Skanla bölməsinə və ya düyməsindən istifadə edərək daxil olun və ardından OK düyməsini basın.

  3. Skanlanmış şəklin kompüterdə necə saxlanmasını aşağıdakı menyulardan və ya düyməsindən istifadə edərək seçin və ardından OK düyməsini basın.

    • Kompüterə (JPEG): Skanlanmış təsviri JPEG formatında saxlayır.
    • Kompüterə (PDF): Skanlanmış təsviri PDF formatında saxlayır.
    • Kompüterə (Email): Kompüterinizdə e-poçt müştəri proqramını işə salır və ardından onu avtomatik olaraq e-poçta əlavə edir.
    • Kompüterə (Fərdi): Epson Event Manager-da parametrlərdən istifadə etməklə, skanlanmış təsviri saxlayır. Siz skanlama ölçüsü, saxlamaq üçün qovluq, yaxud saxlama formatı kimi skanlama parametrlərini dəyişdirə bilərsiniz.
  4. Skanlanan şəkillərin saxlanacağı kompüteri seçin.

    Qeyd:
    • Epson Event Manager ilə skan ölçüsü, saxlanacaq qovluq və ya saxlama formatı kimi skanlama parametrlərini dəyişə blərsiniz.

    • Printer şəbəkəyə qoşulu olduqda skanlanmış şəkli hansı kompüterdə saxlamaq istədiyinizi seçə bilərsiniz. Printerin idarəetmə panelində 20 kompüter göstərilə bilər.

    • Skanlanan şəkilləri saxlamaq istədiyiniz kompüter şəbəkədə aşkarlandıqda, kompüter adının ilk 15 simvolu idarəetmə panelində göstərilir. Epson Event Manager-də Network Scan Name (Alphanumeric) təyin etdikdə, o, idarəetmə panelində göstərilir.

  5. düyməsinə basın.

    Qeyd:

    Skanlanmış şəklin rəngi, ölçüsü və haşiyəsi orijinalla tam eyni olmayacaq.