/ Skanlama / Kompüterdən skanlama / Epson Scan 2 ilə skanlama / Fotolar və ya Şəkillərin Skanlanması (Foto rejimi)

Fotolar və ya Şəkillərin Skanlanması (Foto rejimi)

Foto rejimi rejimini Epson Scan 2-da istifadə etməklə fotolar və ya şəkillər üçün təmin edilmiş geniş çeşiddə şəkil tənzimləmə funksiyaları ilə orijinalları skanlaya bilərsiniz.

  1. Orijinalları yerləşdirin.

    Çox sayda oriinalı skaner şüşəsinə yerləşdirməklə, onların hamısını eyni vaxtda skanlaya bilərsiniz.Oriinallar arasında ən az 20 mm məsafə olmasına əmin olun.

  2. Epson Scan 2 işə salın.

  3. Foto rejimi-ni Rejim siyahısından seçin.

  4. Əsas parametrlər tab-vərəqində aşağıdakı parametrləri seçin.

    • Təsvirin növü: Skanlanan təsviri saxlamaq üçün rəng seçin.
    • Əksetmə qabiliyyəti: Əksetmə qabiliyyətini seçin.
    Qeyd:

    Sənədin mənbəyi parametri Skaner şüşəsi kimi düzəldilir və Sənədin növü parametri Reflektiv kimi düzəldilir.(Reflektiv şəffaf olmayan orijinalları bildirir, məsələn adi kağızlar və ya şəkillər.)Bu parametrləri dəyişə bilməzsiniz.

  5. Önbaxış klikləyin.

    Önbaxış pəncərəsi açılır və baxılmış şəkillər kiçildilmiş şəkillər kimi görünür.

    Qeyd:

    Bütün skanlanmış sahəyə öncədən baxmaq üçün önbaxış pəncərəsinin yuxarısındakı Rəsmcik seçim qutusunu təmizləyin.

  6. Önbaxışı təsdiqləyin və lazım gələrsə, Təkmil parametrlər tabında şəkil parametrlərini tənzimləyin.

    Skanlanmış şəkli aşağıdakı kimi foto və ya şəkilləriniz üçün uyğun olan ətraflı parametrlərdən istifadə etməklə tənzimləyə bilərsiniz.

    • Parlaqlıq: Skanlanmış şəklin parlaqlığını dəyişə bilərsiniz.
    • Kəskinlik: Skanlanmış şəklin kəskinliyini dəyişə bilərsiniz.
    • Dolğunluq: Skanlanmış şəklin dolğunluğunu (rəng canlılığını) dəyişə bilərsiniz.
    • Qeyri-kəskin maska: Skanlanmış şəklin kənar xətlərini genişləndirə və kəskinləşdirə bilərsiniz.
    • Rəngin bərpası: Solmuş şəkilləri düzəldərək orijinal rəngləri qaytara bilərsiniz.
    • Arxa işıq korreks.: Arxa işığa görə qaranlıq çıxan skanlanmış şəkilləri işıqlandıra bilərsiniz.
    • Deskrininq: Jurnal kimi çap edilmiş vərəqləri skanlayarkən çıxan xara nümunələri (vebə bənzər kölgələr) silə bilərsiniz.
    • Tozun silinməsi: Skanlanmış şəklin tozunu aradan qaldıra bilərsiniz.
    Qeyd:
    • Elementlər təyin etdiyiniz digər parametrlərdən asılı olaraq əlçatan olmaya bilər.

    • Orijinaldan asılı olaraq skanlanmış şəkil düzgün tənzimlənməmiş ola bilər.

    • Çoxlu kiçildilmiş şəkil yaradılanda hər bir kiçildilmiş şəkil üçün şəkil keyfiyyətini tənzimləyə bilərsiniz.Tənzimləmə elementlərindən asılı olaraq, bütün skanlanmış şəkillərin keyfiyyətini bir neçə kiçildilmiş şəkil seçməklə birlikdə tənzimləyə bilərsiniz.

  7. Faylın saxlanılması parametlərini təyin edin.

    • Təsvir formatı: Siyahıdan saxlama formatı seçin.
      BITMAPPNG istisna olmaqla, hər saxlama formatı üçün təfsilatlı parametr təyini həyata keçirə bilərsiniz.Saxlama formatını seçdikdən sonra siyahıdan Seçimlər seçin.
    • Faylın adı: Göstərilən fayl adının saxlanmasını təsdiqləyin.
      Siyahıdan Parametrlər seçərək fayl adı parametrlərini dəyişə bilərsiniz.
    • Qovluq: Skanlanmış təsvir üçün siyahıdan saxlama qovluğu seçin.
      Siyahıdan Seç seçərək başqa qovluq seçə və ya yeni qovluq yarada bilərsiniz.
  8. Skanla klikləyin.