/ Kağızın əlavə edilməsi / Kağızın Arxa Ötürücüsü bölməsinə kağızın əlavə edilməsi

Kağızın Arxa Ötürücüsü bölməsinə kağızın əlavə edilməsi

  1. Kağızı ötürmə qoruyucusunu açın, kağız dəstəyini çəkib uzadın və arxaya doğru əyin.

  2. Kənar qısqacını sola sürüşdürün.

  3. Çap olunan tərəfi üzü-yuxarı olmaqla kağızı şaquli formada kağızın arxa ötürücüsü-nün sağ tərəfi boyunca yerləşdirin.

    Vacibdir:

    Təyin olunan maksimum saydan artıq vərəq əlavə etməyin. Ağ kağızları kənar qısqacındakı üçbucaq işarəsi ilə göstərilən xəttin yuxarısından artıq əlavə etməyin.

    • Zərflər
    • Deşilmiş kağız
    Qeyd:
    • Yuxarısında yaxud aşağısında cild dəlikləri olmayan bir vərəq əlavə edin.

    • Dəliklərin üzərinə çap edilməməsi üçün faylın çap vəziyyətini tənzimləyin.

  4. Yan tərəflərdəki düzləndiriciləri kağızın kənarlarına doğru sürüşdürün, ardından ötürü bölmənin qoruyucusunu bağlayın.

  5. Çıxış altlığını sürüşdürüb çıxarın.

    Qeyd:

    Qalan kağızı paketə qaytarın. Onu printerdə saxlasanız, kağız qıvrıla yaxud çap keyfiyyəti azala bilər.