Hesabat Parametrləri

İdarəetmə panelindəki menyunu aşağıda göstərildiyi kimi seçin.

Parametrlər > Ümumi Parametrlər > Faks Parametrləri > Hesabat Parametrləri

Faks Jurnalının Avtomatik Çapı:

Faks jurnalını avtomatik çap edir.Hər dəfə 30 faks işi başa çatarkən qeydlər jurnalını çap etmək üçün Aktiv(Hər 30) seçin.Göstərilən vaxtda qeydlər jurnalını çap etmək üçün Aktiv(Vaxt) seçin.Lakin faks işlərinin sayı 30-u keçsə, jurnal təyin edilən vaxtdan əvvəl çap edilir.

Hesabata Faks təsviri əlavə et:

Göndərilən sənədin birinci səhifəsinin şəkli ilə Ötürmə Hesab. hesabatını çap edir.Səhifənin yuxarı hissəsini azaltmadan çap etmək üçün Aktiv(Böyük təsvir) seçin.Bütün səhifəni azaldaraq hesabata sığmaqla çap etmək üçün Aktiv(Kiçik təsvir) seçin.

Hesabat formatı:

Faks hesabatları üçün format seçin.Xəta kodları ilə çap etmək üçün Ətraflı seçin.