/ Problemlərin həlli / İlişən kağızın çıxarılması

İlişən kağızın çıxarılması

İstənilən cırılan hissələr daxil olmaqla, ilişmiş kağızı yerləşdirmək və çıxarmaq üçün printerin idarəetmə panelindəki ekranda olan təlimatlara əməl edin. LCD ekran ilişmiş kağızın necə çıxarılmasını nümayiş etdirən animasiya göstərir.

Diqqət:

Əliniz printerin içərisində olduqda idarəetmə panelindəki düymələrə toxunmayın. Printer işə düşsə, xəsarət ala bilərsiniz. Kənara çıxan hissələrə toxunmayın, yoxsa xəsarət ala bilərsiniz.

Vacibdir:

İlişən kağızı ehtiyatla çıxarın. Kağızı kobud şəkildə çıxarsanız, printerə ziyan dəyə bilər.