/ Fakslamaq / Kompüterdə faksların qəbulu

Kompüterdə faksların qəbulu

Siz faksları qəbul edə və printerə qoşulmuş kompüterdə onları PDF faylları kimi saxlaya bilərsiniz. FAX Utility faksları saxlamaq üçün qovluğun müəyyən olunması daxil olmaqla, bir sıra funksiyalarla təqdim olunur. Bu funksiyadan istifadə etməmişdən əvvəl FAX Utility-ni quraşdırın.

Qeyd:
Vacibdir:
  • Faksları kompüterdə qəbul etmək üçün printerin idarəetmə panelində Qəbuletmə Rejimi Avtomatik təyin edilməlidir.

  • Faksları qəbul etməyə təyin olunmuş kompüter hər zaman yanılı olmalıdır. Kompüterdə saxlanmamışdan əvvəl qəbul edilmiş sənədlər müvəqqəti printerin yaddaşında saxlanılır. Əgər kompüteri söndürsəniz, printerin yaddaşı dola bilər, çünki o sənədləri kompüterə göndərə bilməyəcək.

  • Printerin yaddaşında müvəqqəti saxlanmış sənədlərin sayı əsas ekranda kimi göstərilir.

  • Qəbul olunmuş faksları oxumaq üçün siz kompüterdə Adobe Reader kimi PDF nümayişetdiricisini quraşdırmalısınız.