Kağızın idarə edilməsi üzrə xəbərdarlıqlar

  • Kağızın üzərindəki təlimat vərəqlərini oxuyun.

  • Yükləməzdən əvvəl kağızın kənarlarını düzəldin.Foto kağızı əyməyin yaxud qatlamayın.Yoxsa, çap olunacaq üzü korlana bilər.

  • Kağız bükülübsə, əlavə etməzdən əvvəl onu düzəldin və ya əks tərəfə bükün.Bükülmüş kağıza çap edərkən kağız ilişə və mürəkkəb bulaşa bilər.

  • Dalğalı, cırılmış, kəsilmiş, qatlanmış, əzilmiş, çox qalın, çox nazik və ya yapışqanlı kağızları istifadə etməyin.Bu cür kağız istifadə etdikdə, kağız ilişə və mürəkkəb bulaşa bilər.

  • Uzun dənəvər kağızdan istifadə etdyinizə əmin olun.Hansı növ kağızdan istifadə etdiyinizə əmin deyilsinizsə, kağız qablaşdırmasını yoxlayın və ya kağızın xüsusiyyətlərini təsdiq etmək üçün istehsalçı ilə əlaqə saxlayın.