Yeni Simsiz Yönləndiricilərin Dəyişdirilməsi və ya Əlavə Olunması
İdarəetmə panelindən şəbəkə bağlantısının Ethernet-ə dəyişdirilməsi
Wi-Fi Direct (Sadə AP) Bağlantısının İdarəetmə Panelindən Ayrılması
Mürəkkəb Kartricləri və Digər Tükənən Ehtiyat Hissələrinin Dəyişdirilməsi
Printerin saz vəziyyətdə saxlanması
Şəbəkə xidməti və proqram haqqında məlumat
Printer Əməliyyatlarını Konfiqurasiya etmək üçün Proqram (Web Config)
Sənədləri və Təsvirləri Skanlamaq üçün Proqram (Epson Scan 2)
İdarəetmə Panelindən Skanlama Əməliyyatlarının Konfiqurasiyası üçün Proqram (Epson Event Manager)
Faks əməliyytalarını konfiqurasiya etmək və faksları göndərmək üçün tətbiqi proqram (FAX Utility)
Faksların göndərilməsi üçün tətbiqi proqram (PC-FAX Drayveri)
Kompüterdən Çevik və Əyləncəli Çap üçün Proqram (Epson Photo+)
Ağıllı Cihazdan Asanlıqla İdarə Etmək üçün Proqram (Epson Smart Panel)
Şəkillərin Skanlanması və Ötürülməsi üçün Proqram (Easy Photo Scan)
Proqram Təminatı və Avadanlığın Yenilənməsi üçün Proqram (Epson Software Updater)
Cihazın Şəbəkədə Quraşdırılması üçün Proqram (EpsonNet Config)
İdarə panelindən istifadə etməklə Printerin Proqramının yenilənməsi
İdarəetmə panelindəki menyuları aşağıda göstərildiyi kimi seçin.
Parametrlər > Ümumi Parametrlər > Faks Parametrləri > Əsas Parametrlər
Faks ötürmə sürətini seçin.Tez-tez rabitə xətası baş verdikdə, xaricə faks göndərib/aldıqda və ya IP (VoIP) telefon xidməti istifadə etdikdə Yavaş(9,600bps) seçməyi tövsiyə edirik.
Əsasən telefon xətlərindəki səsin səbəb olduğu faks ötürmə xətalarını avtomatik düzəldir (Xəta düzəltmə rejimi).Bu, söndürülübsə, rəngli sənədlər göndərə yaxud qəbul edə bilməyəcəksiniz.
Yığmağa başlamazdan əvvəl yığım səsi aşkarlayır.Printer PBX (Xüsusi xətt) və ya rəqəmsal telefon xəttinə qoşulubsa, printer yığıma yenidən başlaya bilməyəcəkdir.Belə halda Xətt növü parametrini PBX ilə əvəz edin.Alınmasa, bu funksiyanı söndürün.Lakin, bu funksiyanın söndürülməsi ilə faks nömrəsinin ilk rəqəmi ixtisar edilə və faks səhv nömrəyə göndərilə bilər.
Printeri qoşduğunuz xətt növünü seçin.Genişlənmələrdən istifadə edən və kənar xətt əldə etmək üçün 0 və 9 kimi xarici giriş kodu tələb edən mühitdə printerdən istifadə edərkən, PBX seçin və giriş kodunu qeydiyyatdan keçirin.Giriş kodunu qeydiyyatdan keçirdikdən sonra kənar faks nömrəsinə faks göndərərkən giriş kodu əvəzinə # (heş) daxil edin.DSL modemi və ya terminal adapterindən istifadə edən mühit üçün, PBX-ə qurma da tövsiyə edilir.
Göndərənin adını və faks nömrəsini daxil edin.Bu, gedən faksın başlığı kimi görünür.Adınız maksimum 40 simvoldan, faks nömrəsi isə maksimum 20 rəqəmdən ibarət olmalıdır.
Qəbul rejimini seçin.
Öz telefon şirkətinizdən səciyyəvi zəng xidmətinə abunəsinizsə, daxil olan fakslar üçün istifadə ediləcək zəng şablonunu seçin.Bir çox telefon şirkətinin təklif etdiyi səciyyəvi zəng xidməti (xidmətin adı şirkətdən asılı olaraq fərqlənir) sizə bir telefon xəttində bir neçə telefon nömrəsinə malik olmaq imkanı verir.Hər nömrə ayrıca zəng şablonuna təyin edilir.Bir nömrəni səsli zənglər, digərini isə faks zəngləri üçün istifadə edə bilərsiniz.Regiondan asılı olaraq, bu seçim Aktiv və ya Sön ola bilər.
Printer faksı avtomatik qəbul etməzdən əvvəl çalınmalı zəng sayını seçin.
Printerə qoşulmuş telefonda gələn faks zənginə cavab verdikdə, telefonla kodu daxil edərək faksın qəbuluna başlaya bilərsiniz.
Lazımsız fakslardan imtina etmək üçün seçimlər edin.