Mürəkkəb Kartricləri və Digər Tükənən Ehtiyat Hissələrinin Dəyişdirilməsi
Printerin saz vəziyyətdə saxlanması
Şəbəkə xidməti və proqram haqqında məlumat
Printer Əməliyyatlarını Konfiqurasiya etmək üçün Proqram (Web Config)
Sənədləri və Təsvirləri Skanlamaq üçün Proqram (Epson Scan 2)
İdarəetmə Panelindən Skanlama Əməliyyatlarının Konfiqurasiyası üçün Proqram (Epson Event Manager)
Faks əməliyytalarını konfiqurasiya etmək və faksları göndərmək üçün tətbiqi proqram (FAX Utility)
Faksların göndərilməsi üçün tətbiqi proqram (PC-FAX Drayveri)
Proqram Təminatının Yenilənməsi Alətləri (EPSON Software Updater)
Çoxsaylı cihazları konfiqurasiya etmək üçün proqram (EpsonNet Config)
İdarə panelindəki menyuları aşağıda göstərildiyi kimi seçin:
Faks > Menyu > Faks Gönd. Param.
|
Birbaşa Göndərmə |
Orijinalları skanlayarkən monoxrom faks göndərir. Hətta daha böyük həcmdə səhifələr göndərdikdə belə, skanlanmış orijinallar printerin yaddaşında müvəqqəti saxlanmadığı üçün siz yaddaş azlığına görə printer səhvlərinin qarşısını ala bilərsiniz. Nəzərə alın ki, bu xüsusiyyətdən istifadə edərək göndərmək bu xüsusiyyətdən istifadə etmədikdə daha çox vaxt aparır. Bu mövzu üzrə "Əlaqəli Məlumata" baxın. Çoxsaylı qəbuledənlərə faks göndərərkən bu xüsusiyyətdən istifadə edə bilməzsiniz. |
|
Faksı Sonra Göndər |
Göstərdiyiniz vaxtda faks göndərir. Bu seçimdən istifadə edərkən yalnız monoxrom faks mövcuddur. Bu mövzu üzrə "Əlaqəli Məlumata" baxın. |
|
Göndərən məlumatı |
Çıxan faksda başlıq məlumatını (göndərənin adı və faks nömrəsi) daxil etmək istədiyiniz mövqeyi seçin və ya məlumatı daxil etməyin.
|
|
Faks Başlığı |
Qəbuledən üçün başlıq seçin. Bu xüsusiyyətdən istifadə etmək üçün əvvəlcədən çoxlu sayda başlıq qeydiyyatdan keçirməlisiniz. |
|
Əlavə Başlıq Məlum. |
Əlavə etmək istədiyiniz məlumatı seçir. Siz birini Telefon Nömrəniz və Təyinat Siyahısı-dən seçə bilərsiniz. |
|
Ötürmə Hesab. |
Siz faksı göndərdikdən sonra ötürmə hesabatı çap edir. Xəta Zamanı Çap Et yalnız xəta baş verdikdə hesabat çap edir. |