Mürəkkəb Kartricləri və Digər Tükənən Ehtiyat Hissələrinin Dəyişdirilməsi
Printerin saz vəziyyətdə saxlanması
Şəbəkə xidməti və proqram haqqında məlumat
Printer Əməliyyatlarını Konfiqurasiya etmək üçün Proqram (Web Config)
Sənədləri və Təsvirləri Skanlamaq üçün Proqram (Epson Scan 2)
İdarəetmə Panelindən Skanlama Əməliyyatlarının Konfiqurasiyası üçün Proqram (Epson Event Manager)
Faks əməliyytalarını konfiqurasiya etmək və faksları göndərmək üçün tətbiqi proqram (FAX Utility)
Faksların göndərilməsi üçün tətbiqi proqram (PC-FAX Drayveri)
Proqram Təminatının Yenilənməsi Alətləri (EPSON Software Updater)
Çoxsaylı cihazları konfiqurasiya etmək üçün proqram (EpsonNet Config)
Aşağıdakı kitabçalar Epson printeri ilə birlikdə təmin edilir. Təlimatlarla yanaşı, printerin özündə və ya Epson proqramlarında mövcud olan müxtəlif kömək məlumatlarını yoxlayın.
Buradan Başlat (kağız kitabça)
Printerin quraşdırılması, proqramın quraşdırılması, printerin istifadəsi, problemlərin həlli və s. barədə məlumat təmin edir.
İstifadəçi üçün təlimat (rəqəmsal kitabça)
Bu kitabça. Printerin istifadəsi, printerin şəbəkədə istifadə edilməsi zamanı şəbəkə parametrləri və problemlərin həll edilməsi ilə bağlı ümumi məlumatları və təlimatları təmin edir.
Yuxarıda qeyd edilən kitabçaların ən son versiyalarını aşağıdakı metodla əldə edə bilərsiniz.
Kağız kitabça
Epson Avropa nümayəndəliyinin http://www.epson.eu/Support ünvanında yerləşən dəstək vebsaytına və ya Epson ümumdünya dəstək xidmətinin http://support.epson.net/ ünvanında yerləşən dəstək vebsaytına baxın.
Rəqəmsal kitabça
EPSON Software Updater proqramını kompüterinizdə işə salın. EPSON Software Updater Epson proqramları və rəqəmsal kitabçalar üçün yeniləmələri axtarır və ən son versiyaları yükləməyinizə imkan verir.