Mürəkkəb Kartricləri və Digər Tükənən Ehtiyat Hissələrinin Dəyişdirilməsi
Printerin saz vəziyyətdə saxlanması
Şəbəkə xidməti və proqram haqqında məlumat
Printer Əməliyyatlarını Konfiqurasiya etmək üçün Proqram (Web Config)
Sənədləri və Təsvirləri Skanlamaq üçün Proqram (Epson Scan 2)
İdarəetmə Panelindən Skanlama Əməliyyatlarının Konfiqurasiyası üçün Proqram (Epson Event Manager)
Faks əməliyytalarını konfiqurasiya etmək və faksları göndərmək üçün tətbiqi proqram (FAX Utility)
Faksların göndərilməsi üçün tətbiqi proqram (PC-FAX Drayveri)
Proqram Təminatının Yenilənməsi Alətləri (EPSON Software Updater)
Çoxsaylı cihazları konfiqurasiya etmək üçün proqram (EpsonNet Config)
Avtomatik faks qoşulma yoxlamasını icra etmək üçün idarəetmə panelində Faks Bağlantısını Yoxla istifadə edin. Hesabatda çap edilən həlləri sınayın.
Xətt növü parametrini yoxlayın. PBX təyin etməklə problemi həll etmək olar. Telefon sisteminiz xarici xəttə çıxış üçün xarici giriş kodu tələb edirsə, giriş kodunu printerdə qeydiyyatdan keçirin və faks göndərərkən nömrənin əvvəlinə # (heş) işarəsi əlavə edin.
Rabitədə xəta olsa, idarəetmə panelində Faks sürəti parametrini Yavaş(9,600bps) ilə əvəz edin.
Telefonu divardakı telefon girişinə qoşun və işləyib-işləmədiyini yoxlayın. Zəng edə və ya qəbul edə bilmirsinizsə, telekommunikasiya şirkətinə müraciət edin.
DSL telefon xəttinə qoşulmaq üçün daxili DSL filtri olan DSL modemi istifadə edin və ya xəttə ayrı DSL filtri quraşdırın. DSL təminatçısına müraciət edin.
DSL telefon xəttinə qoşulursunuzsa, printeri birbaşa divardakı telefon girişinə qoşun və printerin faks göndərib-göndərmədiyini yoxlayın. Əgər alınsa, problemin səbəbi DSL filtri ola bilər. DSL təminatçısına müraciət edin.
İdarəetmə panelində ECM parametrini aktivləşdirin. ECM sönülü olduqda rəngli faks göndərmək yaxud qəbul etmək mümkün deyil.
Kompüterlə faks göndərmək və ya qəbul etmək üçün printerin USB naqili ilə və ya şəbəkəyə qoşulduğuna və PC-FAX Drayverinin kompüterə quraşdırıldığına əmin olun. PC-FAX Drayveri FAX Utility ilə birlikdə quraşdırılır.
Windows-da printerin (faksın) Cihazlar və printerlər, Printer və ya Printerlər və digər avadanlıqlarda göstərildiyinə əmin olun. Printer (faks) "EPSON XXXXX (FAX)" kimi göstərilir. Printer (faks) göstərilməyibsə, FAX Utility silin və yenidən quraşdırın. Cihazlar və Printerlər, Printer, və ya Printerlər və Digər Avadanlıqlar-a daxil olmaq üçün aşağıdakına baxın.
Windows 10/Windows Server 2016
Başlatma düyməsini klikləyin və sonra Windows Sistem > İdarə Paneli > Avadanlıq və Səsdə Cihazlar və printerlərə bax seçin.
Windows 8.1/Windows 8
Masaüstü > Parametrlər > İdarə Paneli > Cihazlar və printerlərə bax menyusunu Avadanlıqlar və səs və ya Avadanlıqlar menyusunda seçin.
Windows 7
Başlat düyməsini klikləyin və İdarə Paneli > Cihazlar və printerlərə bax menyusunu Avadanlıqlar və səs və ya Avadanlıq menyusunda seçin.
Windows Vista
Başlat düyməsini klikləyin və İdarə Paneli > Printerlər menyusunu Avadanlıqlar və səs menyusunda seçin.
Windows XP
Başlat düyməsini klikləyin və Parametrlər > İdarə Paneli > Printerlər və digər avadanlıqlar > Printerlər və fakslar seçin.
Mac OS-da aşağıdakıları yoxlayın.
Menyu > Printerlər və Skanerlər (yaxud Çap et və Skanla, Çap və Faks)-dən Sistem Seçimləri seçin və printerin (faksın) göstərildiyindən əmin olun. Printer (faks) "FAX XXXX (USB)" və ya "FAX XXXX (IP)" kimi göstərilir. Printer (faks) göstərilməyibsə, [+] klikləyin və ardından printeri (faksı) qeydiyyatdan keçirin.
Menyu > Printerlər və Skanerlər (yaxud Çap et və Skanla, Çap və Faks)-dən Sistem Seçimləri seçin və sonra printerə (faksa) iki dəfə klikləyin. Printerə pauza verilibsə, Bərpa edin (və ya Printeri bərpa edin).