/ Vacib təlimatlar / Təhlükəsizlik təlimatları

Təhlükəsizlik təlimatları

Bu printeri təhlükəsiz istifadə etmək üçün aşağıdakı təlimatları oxuyun və əməl edin.Bu kitabçanı gələcək istifadə üçün saxlayın.Həmçinin printerin üzərindəki bütün xəbərdarlıqlar və təlimatlara əməl edin.

  • Printerinizdə istifadə edilən bəzi simvollar təhlükəsizliyi və printerdən düzgün istifadəni təmin edir. Simvolların mənasını öyrənmək üçün aşağıdakı veb saytı ziyarət edin.

    http://support.epson.net/symbols

  • Yalnız printerlə birlikdə verilən elektrik kabelindən istifadə edin və bu kabeldən başqa cihazlarla istifadə etməyin. Başqa kabellərin bu printer üçün və bu kabelin başqa cihazlar üçün istifadəsi yanğına yaxud elektrik vurmasına səbəb ola bilər.

  • Elektrik kabelinin yerli təhlükəsizlik standartlarına uyğun olmasına əmin olun.

  • Printerin kitabçasında xüsusi olaraq qeyd edilməsə, heç vaxt özbaşına elektrik kabeli, ştepsel, printer bölməsi, skaner bölməsi və ya seçimləri sökməyin, dəyişməyin və ya təmir etməyin.

  • Aşağıdakı hallarda printeri elektrik rozetkasından çıxarın və peşəkar servis personalına təmir etdirin:

    Elektrik kabeli yaxud ştepsel zədələndikdə; printerə su düşdükdə; printer yerə düşdükdə və ya örtüyü zədələndikdə; printer normal işləmirsə və ya fəaliyyətində ciddi dəyişiklik olduqda. İstifadə təlimatlarında qeyd edilməyən parametrləri tənzimləməyin.

  • Printeri kabelin rahat taxılıb-çıxarıla biləcəyi divar rozetkasının yaxınına yerləşdirin.

  • Printeri çölə, çirk yaxud tozun çox olduğu yerə, su, qızdırıcı olan yerə, yüksək temperatur, rütubət, titrəmə kimi təsirlərə məruz qalan yerə yerləşdirməyin.

  • Printerə su tökülməməsinə və yaş əllərlə printerə toxunmamağa diqqət yetirin.

  • Printeri ürək aparatından ən az 22 sm aralı yerləşdirin. Printerdən yayılan radio dalğaları ürək aparatına mənfi təsir edə bilər.

  • LCD ekran zədələnsə, dilerə müraciət edin. Maye kristal məhlulu əllərinizə dəysə, həmin nahiyəni sabun və su ilə yaxşıca yuyun. Maye kristal məhlulu gözlərinizə düşərsə, dərhal su ilə yaxalayın. Yaxşıca yuduqdan sonra da diskomfort və ya görmə problemi qalırsa, dərhal həkimə müraciət edin.

  • Şimşək çaxan zaman telefondan istifadə etməyin. İldırım vurma təhlükəsi vardır.

  • Qaz sızması varsa, bunu bildirmək üçün həmin sahədə telefon istifadə etməyin.