/ Printerin saz vəziyyətdə saxlanması / Skaner Şüşəsi-nin təmizlənməsi

Skaner Şüşəsi-nin təmizlənməsi

Surətlər və ya şəkillərə mürəkkəb bulaşarsa, skaner şüşəsi-ni təmizləyin.

Vacibdir:

Printeri heç vaxt spirt və ya həlledici məhlullarla təmizləməyin. Bu kimyəvi maddələr printerə ziyan vura bilər.

  1. Sənəd qapağını açın.

  2. skaner şüşəsi-nin səthini yumşaq, quru, təmiz parça ilə təmizləyin.

    Vacibdir:
    • Şüşə səthinə yağ və ya başqa çətin çıxan maddələrin ləkəsi dəyərsə, az miqdarda şüşə təmziləyici və yumşaq parça ilə onu təmizləyin. Qalan mayeni tamamən silib qurulayın.

    • Şüşə səthi möhkəm basmayın.

    • Şüşənin səthini çızmayın və ya zədələməyin. Şüşə səth zədələnsə, skanlama keyfiyyəti pisləşə bilər.