/ Problemlərin həlli / İlişən kağızın çıxarılması / İlişən kağızın printerin içərisindən çıxarılması

İlişən kağızın printerin içərisindən çıxarılması

Diqqət:
  • Skaner qurğusunu açıb-bağlayarkən əl, yaxud barmaqlarınızı arasında qoymamağa diqqət yetirin. Yoxsa, zədələnə bilərsiniz.

  • Əliniz printerin içərisində olduqda idarəetmə panelindəki düymələrə toxunmayın. Printer işə düşsə, xəsarət ala bilərsiniz. Kənara çıxan hissələrə toxunmayın, yoxsa xəsarət ala bilərsiniz.

  1. Sənəd örtüyü bağlı halda skaner qurğusunu açın.

  2. İlişən kağızı çıxarın.

    Vacibdir:

    Printerin içərisindəki ağ kabelə və ya yarım-şəffaf təbəqəyə toxunmayın. Yoxsa pis işləyə bilər.

  3. Skaner qurğusunu bağlayın.

    Təhlükəsizlik üçün skaner qurğusu iki mərhələ ilə bağlanır.

    Qeyd:

    Skaner qurğusu aşağıda göstərilən mövqedən açıla bilməz. Açmazdan əvvəl onu tamamilə bağlayın.