Mürəkkəb Kartricləri və Digər Tükənən Ehtiyat Hissələrinin Dəyişdirilməsi
Printerin saz vəziyyətdə saxlanması
Şəbəkə xidməti və proqram haqqında məlumat
Printer Əməliyyatlarını Konfiqurasiya etmək üçün Proqram (Web Config)
Sənədləri və Təsvirləri Skanlamaq üçün Proqram (Epson Scan 2)
İdarəetmə Panelindən Skanlama Əməliyyatlarının Konfiqurasiyası üçün Proqram (Epson Event Manager)
Faks əməliyytalarını konfiqurasiya etmək və faksları göndərmək üçün tətbiqi proqram (FAX Utility)
Faksların göndərilməsi üçün tətbiqi proqram (PC-FAX Drayveri)
Proqram Təminatının Yenilənməsi Alətləri (EPSON Software Updater)
Çoxsaylı cihazları konfiqurasiya etmək üçün proqram (EpsonNet Config)
Mürəkkəb kartriclərini dəyişməzdən əvvəl aşağıdakı təlimatları oxuyun.
Mürəkkəb kartriclərini birbaşa günəş şüasından qoruyun.
Mürəkkəb kartriclərini yüksək və ya donma temperaturlarında saxlamayın.
Epson mürəkkəb kartricini paketin üzərində yazılan tarixədək istifadə etməyi tövsiyə edir.
Ən yaxşı nəticələri əldə etmək üçün mürəkkəb kartricini paketi açdıqdan sonra altı ay ərzində istifadə edib bitirin.
Ən yaxşı nəticələri əldə etmək üçün mürəkkəb kartrici paketlərini dik saxlayın.
Mürəkkəb kartricini soyuq saxlama yerindən içəri gətirdikdə, onu istifadə etməzdən əvvəl otaq temperaturunda ən az üç saat isinməsinə imkan verin.
Printerə quraşdırmağa hazır olanadək mürəkkəb kartrici paketini açmayın. Kartric etibarlılığı təmin etmək üçün vakumla kip bağlanıb. İstifadədən əvvəl kartrici uzun müddət açıq saxlasanız, normal çap mümkün olmaya bilər.
Paketdən çıxararkən diqqətli olun ki, mürəkkəb kartricinin kənarındakı qarmaqları qırmayasınız.
Kartrici quraşdırmazdan əvvəl sarı lenti çıxarmalısınız; yoxsa çap keyfiyyəti düşə bilər və ya çap etmək mümkün olmaya bilər. Kartricin üzərindəki etiketi çıxarmayın və ya cırmayın; yoxsa mürəkkəb sıza bilər.

Kartricin aşağısındakı şəffaf örtüyü çıxarmayın; yoxsa kartric yararsız hala gələ bilər.

Şəkildə göstərilən hissələrə toxunmayın. Yoxsa, normal işləmə və çap mümkün olmaya bilər.

Bütün mürəkkəb kartriclərini quraşdırın; yoxsa çap edə bilməyəcəksiniz.
Cihaz sönmüş vəziyyətdə kartricləri dəyişməyin. Printer başlığına əllə müdaxilə etməyin; yoxsa printerə zərər verə bilərsiniz.
Mürəkkəb dolarkən printeri söndürməyin. Mürəkkəb doldurulması başa çatmadan çap edə bilməyə bilərsiniz.
Printeri mürəkkəb kartricləri çıxarılmış vəziyyətdə qoyub getməyin və ya kartrici dəyişən zaman printeri söndürməyin. Əks halda, printer başlığının gözlərində qalan mürəkkəb quruyacaq və çap etmək mümkün olmayacaq.
Mürəkkəb kartricini müvəqqəti çıxarmaq istəsəniz, mürəkkəb çıxışı sahəsinə toz yaxud çirk düşməsinə yol verməyin. Kartrici printerlə eyni mühitdə, mürəkkəb çıxışı sahəsi üzü-aşağı və ya yanlara dayanmış vəziyyətdə saxlayın. Kartricləri mürəkkəb çıxışı sahəsi üzü-yuxarı vəziyyətdə saxlamayın. Mürəkkəb çıxışı sahəsi xüsusi klapanla təchiz edilmişdir, bu klapan artıq mürəkkəbin buraxılmasına imkan vermir, məhz buna görə, əlavə örtük və ya tıxac qoymağa ehtiyac yoxdur.
Çıxarılan mürəkkəb kartriclərinin mürəkkəb çıxışı sahəsinin kənarlarında mürəkkəb ola bilər, buna görə də, kartricləri çıxararkən bu mürəkkəbin ətrafa bulaşmamasına diqqət yetirin.
Bu printer hər kartricdə qalan mürəkkəb miqdarı kimi məlumatlara nəzarət edən yaşıl çiplə təchiz edilmiş kartriclər istifadə edir. Yəni, kartric tam istifadə olunmadan printerdən çıxarılsa belə, onu printerə yenidən daxil edərək istifadə edə bilərsiniz. Lakin, kartrici yenidən daxil edərkən printerin fəaliyyətini sığortalamaq üçün müəyyən qədər mürəkkəb sərf oluna bilər.
Mürəkkəbin maksimal effektivliyi üçün yalnız dəyişməyə hazır olduqda kartrici çıxarın. Mürəkkəbin az olduğu kartriclər yenidən daxil edikdikdə istifadə etmək mümkün olmur.
Ən yüksək səviyyədə çap keyfiyyəti əldə etməniz və printer başlığını qorumaq üçün printer kartricin dəyişdirilməsini göstərdikdə, kartricdə müxtəlif miqdarda mürəkkəb təhlükəsizlik ehtiyatı saxlanılır. Sizin üçün təyin edilmiş məhsula bu ehtiyat daxil deyil.
Kartrici sökməyin və ya modelini dəyişməyin, yoxsa normal çap etmək mümkün olmaya bilər.
Printerin üzərində verilən kartricləri dəyişmək üçün istifadə edə bilməzsiniz.
Çap başlığının optimal fəaliyyəti üçün texniki dəstək əməliyyatlarında bütün kartriclərdən müəyyən qədər mürəkkəb sərf oluna bilər. Mürəkkəb həmçinin mürəkkəb kartricini əvəzlədiyiniz və ya printeri yandırdığınız zaman sərf edilə bilər.
Monoxrom və ya boz şkalada çap edərkən, kağız növü və ya printer keyfiyyəti parametrlərindən asılı olaraq qara mürəkkəb əvəzinə rəngli mürəkkəblər istifadə edilə bilər. Bunun səbəbi odur ki, rəngli mürəkkəblər birləşdirilərək qara rəng əldə edilir.
Printerin üzərində verilən kartriclərdəki mürəkkəb ilkin quraşdırma zamanı qismən istifadə olunur. Yüksək keyfiyyətli məhsul çap etmək üçün printer başlığı tam şəkildə mürəkkəblə doldurulacaq. Bu bir dəfəlik proses bir qədər mürəkkəb işlətdiyinə görə, növbəti kartriclərdən fərqli olaraq bu kartriclərlə az sayda səhifə çap etmək mümkündür.
Təyin edilmiş məhsul çap etdiyiniz şəkillərdən, istifadə etdiyiniz kağız növündən, çap etmə tezliyindən və temperatur kimi ətraf mühit şəraitindən asılı olaraq dəyişə bilər.