/ Skanlama / İdarəetmə panelindən skanlama

İdarəetmə panelindən skanlama

Siz printerin idarəetmə panelindən skanlanmış təsvirləri aşağıdakı təyinat yerlərinə göndərə bilərsiniz.

Kompüterə (JPEG)/Kompüterə (PDF)/Kompüterə (Email)/Kompüterə (Fərdi)

Siz skanlanmış təsviri printerə qoşulmuş kompüterdə saxlaya bilərsiniz. Skanlamamışdan öncə kompüterinizdə Epson Scan 2Epson Event Manager quraşdırın.

WSD

Siz WSD funksiyasından istifadə etməklə, skanlanmış təsviri printerə qoşulmuş kompüterdə saxlaya bilərsiniz. Windows 7/Windows Vista istifadə edirsinizsə, skanlamamışdan öncə kompüterinizdə WSD parametrlərini qurmalısınız.